Şəkidə 5 nəfəri it DİŞLƏDİ - Biri azyaşlıdır, vəziyyəti ağırdır

Hazırda oxunan: Şəkidə 5 nəfəri it DİŞLƏDİ - Biri azyaşlıdır, vəziyyəti ağırdır

623050

Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi adlanan ərazisində baş verib.

Belə ki, küçə iti 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşlı Nicat Abdulrəhimov və 5 yaşlı Alparslan Əliyevə hücum edərək xəsarət yetirib.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, məlumata görə, azyaşlının vəziyyəti ağır qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin