Məzuniyyət ödənişlərinin hesablanması qaydasında yenilik bu ilin əvvəlində qüvvəyə minib. Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması nəticəsində alınan məbləğ işçinin sonuncu əməkhaqqından az olmamalıdır.
Bizim.Media xəbər verir ki, bu barədə İTV-nin videomaterialında bildirilib.
Yəni bu zaman işçinin məzuniyyətə getdiyi vaxtda qüvvədə olan əmək müqaviləsində müəyyən edilən əməkhaqqı nəzərdə tutulur.
Millət vəkili Azər Badamov məsələni belə şərh edib:
"Əvvəlki qaydalarla məzuniyyətlər hesablananda son 12 ayın ortaaylıq əməkhaqqına əsasən məzuniyyət pulu hesablanırdı. Amma bu dəyişikliklərdən sonra isə bu son 12 ayın tərkibində işləyənin günahı olmadan əgər hər hansı bir ayda əməkhaqqında azalma baş verirsə, bu, nəzərə alınmayacaq və aylıq əməkhaqqına əsasən məzuniyyət pulu hesablanacaq".
Mütəxəssislərin sözlərinə görə, yeni qayda xüsusilə son 12 ayda maaşı artırılan işçilərin daha az məzuniyyət pulu almasının qarşısını almağa imkan verir. Yəni işçi məzuniyyət dövründə gəlir itkisi ilə üzləşmir. Hesablanma qaydası isə əslində eynidir.
Daha ətraflı videoda:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:04 / 10.06.2026
Məzuniyyət ödənişlərinin hesablanma qaydalarında dəyişiklik işçiyə nə qazandıracaq? - VİDEO
Hazırda oxunan: Məzuniyyət ödənişlərinin hesablanma qaydalarında dəyişiklik işçiyə nə qazandıracaq? - VİDEO
Hazırda oxunan: Məzuniyyət ödənişlərinin hesablanma qaydalarında dəyişiklik işçiyə nə qazandıracaq? - VİDEO
618344
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































