FIFA 2026 Dünya Kubokunda iştirak edəcək İran milli komandası hazırlıq bərpa düşərgəsi üçün Meksikaya çatıb.
Bizim.Media xəbər verir ki, hava limanında idmançıların gödəkçələrindəki "168" rəqəmi əks olunmuş xüsusi nişanlar (rozetlər) dünya mətbuatının diqqətini çəkib.
Məlumata görə, bu rəqəm cari ilin 28 fevral tarixində ABŞ ordusunun İranın cənubundakı Minab şəhərində yerləşən qız məktəbinə təşkil etdiyi raket zərbəsi nəticəsində həyatını itirən 168 azyaşlı məktəbli qızın xatirəsinə ithaf olunub.
İran seçməsi bu addımla həm faciə qurbanlarını yad edib, həm də dünya ictimaiyyətinə və turnirin ev sahiblərindən biri olan ABŞ-yə özünəməxsus mesaj göndərib.
Qeyd edək ki, İran millisi bundan əvvəl – mart ayında Türkiyənin Antalya şəhərində keçirilən yoldaşlıq görüşündə də himn oxunarkən meydana bənövşəyi və çəhrayı məktəbli çantaları ilə çıxaraq eyni hadisəyə etirazını bildirmişdi. ABŞ tərəfi mülki şəxsləri qəsdən hədəf almadıqlarını bəyan edərək hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirsə də, rəsmi məsuliyyəti hələ üzərinə götürməyib.
Məlumat üçün bildirək ki, İran yığması iyunun 15-də Yeni Zelandiyaya qarşı keçiriləcək qrup mərhələsinin ilk oyunu öncəsi hazırlıqlarını Meksikanın Tixuana şəhərində davam etdirir.




Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:36 / 09.06.2026
Həmin 168 qızı da özləri ilə “apardılar” - Foto
Hazırda oxunan: Həmin 168 qızı da özləri ilə “apardılar” - Foto
Hazırda oxunan: Həmin 168 qızı da özləri ilə “apardılar” - Foto
618092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































