Binədə mağaza yandı – VİDEO

Hazırda oxunan: Binədə mağaza yandı – VİDEO

617533

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 200kv.m. olan tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları 100kv.m. sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin