Ələt–Astara magistral yolunun 70-ci kilometrliyində, Salyan rayonunun Bəydilli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin məlumata görə, hərəkətdə olan “VAZ-2109” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı hadisə yerindən xəstəxanaya çatdırılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:20 / 05.06.2026
Salyanda QƏZA: minik avtomobili su kanalına aşdı - FOTO
Hazırda oxunan: Salyanda QƏZA: minik avtomobili su kanalına aşdı - FOTO
Hazırda oxunan: Salyanda QƏZA: minik avtomobili su kanalına aşdı - FOTO
617472
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































