Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi “Milli səs”in qalibi ilə görüşdü -xa0FOTOLAR

Hazırda oxunan: Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi “Milli səs”in qalibi ilə görüşdü -xa0FOTOLAR

617018

Bərdə Regional Mədəniyyət İdarəsində “Milli səs” musiqi yarışmasının qalibi istedadlı gənc müğənni Asim Abbasovla görüş keçirilib.

Görüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi ilə yanaşı Asim Abbasovun doğmaları da iştirak edib. Bildirilib ki, Asim Abbasov "Space" TV-də yayımlanan “Milli səs” musiqi yarışmasına Bərdə rayonundan olan iştirakçı kimi qatılıb. Hələ seçim turlarında münsiflər heyətinin inamını və rəğbətini qazanan 31 yaşlı Asim növbəti mərhələlərdə də bu etimadı doğrulda bilib. Belə ki, o, 3 aydan çox davam edən musiqi yarışması boyunca tamaşaçıların çox böyük dəstəyini qazanıb. Sonuncu SMS səsvermə nəticəsində isə 66,66 faiz səslə yarışmada birinci yerə çıxıb. Asim Abbasov qalib olmaqla həm də birinci yerin sahibi üçün nəzərdə tutulmuş “Xəzər” avtomobilini də qazanmış olub.

Qeyd edək ki, Asim Abbasov Kəlbəcər rayonu Başlıbel kəndindən məcburi köçkündür. Hazırda ailəsi ilə birlikdə Bərdə rayonunda yaşayır. O, “Milli səs” Musiqi yarışmasında 500 iddiaçı arasından seçilərək SMS-lə səsvermə mərhələsinə yüksəlmiş 18 gənc müğənnidən biridir.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov müğənni Asim Abbasovu qazandığı qələbə münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin