Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI

Hazırda oxunan: Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI

629612

Tərtər rayonunda evdə baş verən dəhşətli yanğın hadisəsinin təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Nərimanov küçəsində fərdi yaşayış evində baş verib.

Rayon sakini, 1941-ci il təvəllüdlü Əsgər Səmədova məxsus evin mətbəxində baş verən qısaqapanma zamanı yanğın hadisəsi baş verib. Daha sonra evin mətbəxində quraşdırılmış qaz balonunun qızmasından partlayış olub.

Hadisə nəticəsində ev sahibi Əsgər Səmədov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Adilə Hüseynova yanaraq ölüblər.

Yanğın söndürüləndən sonra ər-arvadın yanmış meyitləri yataq otağında aşkar edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin