Ölkəmizdə kasıb ailələrdə uşaq sayı daha çoxdur - MARAQLI STATİSTİKA

Hazırda oxunan: Ölkəmizdə kasıb ailələrdə uşaq sayı daha çoxdur - MARAQLI STATİSTİKA

629633

Azərbaycanda istehlak xərcləri ən aşağı olan ailələrdə ailə üzvlərinin sayı daha çoxdur.

Bizim.Media Modern.az-a istinadən xəbər verir ki, istehlak xərclərinə görə ən aşağı - birinci kvintilə daxil olan ev təsərrüfatlarında orta ailə ölçüsü 4.6 nəfər təşkil edir.

İkinci kvintildə bu göstərici 4.5 nəfər, üçüncü kvintildə 4.2 nəfər, dördüncü kvintildə 3.6 nəfər, ən yüksək istehlak xərclərinə malik beşinci kvintildə isə 2.9 nəfər olub.

Statistika şəhər və kənd yerlərində də oxşar mənzərəni göstərir. Şəhərlərdə ən aşağı istehlak qrupunda ailələrin orta ölçüsü 4.5 nəfər, ən yüksək qrupda 2.7 nəfər, kənd yerlərində isə müvafiq olaraq 4.9 və 3 nəfər təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin