Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Quba-Bakı yolunun Qubanın Qaraçay qəsəbəsindən keçən hissəsində yük avtomobili ilə "Kia" və "Toyota" markalı avtomaşınlar zəncirvari qəza törədib. Həmin sürücülərin kimliyi məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, yük avtomobilinin sürücüsü, 56 yaşlı Siyəzən rayonunun Gilgilçay qəsəbə sakini Əlfətin Adıgözəlovdur.
"Kia" markalı avtomaşının sürücüsü Bakının Qaraçuxur qəsəbə sakini, 53 yaşlı Nizami Yunusov, "Toyota" markalı avtomaşının sürücüsü isə Sumqayıt şəhər sakini, 44 yaşlı Şəhla Əliyevadır.
Hər üç avtomaşının sürücüsü — Əlfətin Adıgözəlov, Nizami Yunusov, Şəhla Əliyeva və minik maşınlarında olan sərnişinlər — 41 yaşlı Arzu Yunusova və 5 yaşlı Uğur Abuzərov müxtəlif xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Zəncirvari qəzanın tam baş vermə səbəbini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu































































































