Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? – FOTO

Hazırda oxunan: Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? – FOTO

616917

Gecə saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində bir qrup şəxs arasında insident baş verib.

Bizim.Media xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, bir qrup şəxs əvvəlcədən tanıdıqları vətəndaşın ardınca Hövsan qəsəbəsindəki MİDA yaşayış kompleksinə gəliblər. Onlar həmin vətəndaşı zorla avtomobilə mindirib aparmaq istəyiblər.

Bu zaman qaçan zərərçəkmiş mağazaya daxil olaraq içki şüşəsi götürüb və özünü müdafiə etməyə çalışıb. Səs-küyə digər vətəndaşlar da gəliblər.

Hadisənin hansı səbəbdən baş verməsi, tərəflər arasındakı münasibətin nədən ibarət olması barədə məlumat verilməyib. (Qafqazinfo.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin