Almaniya mətbuatı “Kayzerslautern”dən ayrılacağı gözlənilən Azərbaycan millisinin hücumçusu Mahir Emreli haqda yazıb.
Bizim.Media xəbər verir ki, “SÜDWEST24” Emrelinin “Nürnberq”ə qayıtmaq ehtimalına da toxunub.
Həmin nəşr “Bild”in Miroslav Klozenin Mahiri yenidən sərəncamında görmək istəyi haqda isə bunları qeyd edib:
“Miroslav Kloze onu komandasında görmək istəyirdi. Amma “Nürnberq” Mahirlə bağlı danışıqları dayandırıb. Emrelinin bu yay Almaniyanı tamamilə tərk etməsi gözlənilir”.
Qeyd edək ki, 28 yaşlı futbolçunun “Kayzerslatern”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:34 / 01.06.2026
Mahir Emreli “Nürnberq”ə qayıdır?
Hazırda oxunan: Mahir Emreli “Nürnberq”ə qayıdır?
Hazırda oxunan: Mahir Emreli “Nürnberq”ə qayıdır?
616479
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































