Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində baş nazir Nikol Paşinyan xalqa və tərəfdarlarına növbəti emosional müraciətini ünvanlayıb.
Bizim.Media xəbər verir ki, o, rəsmi sosial şəbəkə hesablarında paylaşım edərək hər bir vətəndaşı fərdi şəkildə İrəvanın mərkəzi meydanına çağırıb:
"İyunun 5-də Respublika meydanında bir nəfəri gözləyirəm, və o insan — SƏNSƏN!" — deyə Paşinyan qeyd edib.
Ekspertlər seçkilərə cəmi iki gün qalmış keçirilməsi planlaşdırılan bu mitinqi Paşinyan komandasının seçkiönü ən böyük güc nümayişi və seçiciləri səfərbər etmək cəhdi kimi qiymətləndirirlər.
Baş nazirin hər bir vətəndaşa fərdi qaydada müraciət forması seçməsi isə onun elektoratla birbaşa psixoloji bağ qurmaq taktikası kimi xarakterizə olunur.

Bizim.Media

- A-
- A
- A+
Region
21:37 / 31.05.2026
Paşinyandan seçicilərə: "İyunun 5-də Respublika meydanında bir nəfəri gözləyirəm, o da SƏNSƏN!"
Hazırda oxunan: Paşinyandan seçicilərə: "İyunun 5-də Respublika meydanında bir nəfəri gözləyirəm, o da SƏNSƏN!"
Hazırda oxunan: Paşinyandan seçicilərə: "İyunun 5-də Respublika meydanında bir nəfəri gözləyirəm, o da SƏNSƏN!"
616416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































