"Hizbullah" İsrailin şimalına 20-dən çox raket atdı

Hazırda oxunan: "Hizbullah" İsrailin şimalına 20-dən çox raket atdı

616427

Livanın "Hizbullah" qruplaşması İsrailin şimalındakı yaşayış məntəqələrinə raket zərbələri endirib.

Bizim.Media xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı radikalların "Telegram"dakı mesajına istinadən xəbər yayıb.

Məlumata görə, günün ikinci yarısında Qərbi Qalileya istiqamətində 20-dən çox raket buraxılıb, burada hava həyəcanı aktivləşdirilib.

"Hizbullah"ın rəsmi bəyanatında hücumların hədəflərinin Hayfanın şimal hissəsindəki və Livan sərhədindən 7 kilometr məsafədə yerləşən Nahariya şəhərindəki İsrail ordusu bazaları olduğu qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin