6,2 milyona satılan “divara yapışdırılmış banan” OĞURLANDI

Hazırda oxunan: 6,2 milyona satılan “divara yapışdırılmış banan” OĞURLANDI

616474

Fransanın Mets şəhərindəki "Centre Pompidou" muzeyində sərgilənən və çağdaş incəsənətin ən çox müzakirə edilən nümunələrindən olan 6,2 milyon dollar dəyərindəki "Divara yapışdırılmış banan" əsəri oğurlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Hadisə muzeyin təhlükəsizlik əməkdaşının eksponatdakı bananın yerində olmadığını görməsi ilə ortaya çıxıb. Muzey rəhbərliyi dərhal polisə şikayət edib və araşdırmalara başlanılıb.

Maraqlısı budur ki, rəsmilər gümüşü rəngli lentlə divara yapışdırılan bananı qısa müddətdə yenisi ilə əvəzləyərək əsəri yenidən ziyarətçilərə təqdim ediblər.
 

İtalyan rəssam Maurisio Kattelanın "Komediant" adlı bu instalyasiyası sənət dünyasında böyük səs-küyə səbəb olan işlərdəndir. İlk dəfə "Art Basel Miami" sərgisində nümayiş olunan əsərin nüsxələri vaxtilə 120-150 min dollar arasında satılsa da, son hərraclarda onun dəyəri milyonlarla dollarla ölçülməyə başlayıb.


Qeyd edək ki, satirik əsərləri ilə tanınan Kattelanın işləri ilk dəfə deyil ki, oğurlanır. Rəssamın 18 karatlıq qızıldan hazırladığı "Amerika" adlı unitaz formalı digər məşhur əsəri də 2019-cu ildə İngiltərədəki Blenheym sarayından oğurlanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin