Türkiyədə turizm şirkətinə məxsus sərnişin avtobusu Dənizli-Aydın şossesində maneələrə çırpılıb və daha sonra yanıb.
Bizim.Media “TRT Haber”ə istinadla xəbər verir ki, nəticədə sürücü də daxil olmaqla 8 nəfər ölüb, 33-ü xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.
Məlumata görə, İzmirdən Antalyaya gedən avtobusda 38 sərnişin və 3 heyət üzvü olub.
Qəza səbəbindən Dənizli istiqamətində yol təxminən 4 saat nəqliyyatın hərəkəti üçün bağlı qalıb. Yanmış avtobus götürüldükdən sonra yol yenidən açılıb.






Bizim.Media

- A-
- A
- A+
Region
09:06 / 31.05.2026
Türkiyədə sərnişin avtobusu yandı: 8 ölü, 33 yaralı var - FOTO/VİDEO
Hazırda oxunan: Türkiyədə sərnişin avtobusu yandı: 8 ölü, 33 yaralı var - FOTO/VİDEO
Hazırda oxunan: Türkiyədə sərnişin avtobusu yandı: 8 ölü, 33 yaralı var - FOTO/VİDEO
616304
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































