İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Ordusununa (SAXAL) Livan ərazisində quru əməliyyatının zonasını genişləndirmək və əvvəllər Livanın "Hizbullah" qruplaşmasının nəzarətində olan rayonlar üzərində nəzarəti gücləndirmək barədə göstəriş verib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.
"Mən orduya Livandakı manevrləri genişləndirmək tapşırığı vermişəm. Qüvvələrimiz Litani çayını keçərək Bofor silsiləsini ələ keçiriblər. İndi isə mənim göstərişim “Hizbullah”ın nəzarəti altında olan ərazilər üzərində nəzarətimizi daha da dərinləşdirmək və genişləndirməkdən ibarətdir", — deyə Netanyahu bildirib.
Baş nazirin sözlərinə görə, İsrail ordusu eyni vaxtda bir neçə istiqamətdə — Suriyada, Livanda və Qəzza zolağında fəaliyyətini davam etdirir.
"Bu, zaman tələb edəcək, lakin biz qarşıya qoyulan tapşırığı yerinə yetirəcəyik", — deyə İsrail hökumətinin başçısı qeyd edib.
Bizim.Media


































































































