Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı

Hazırda oxunan: Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı

616424

Filippinin Anxeles şəhərində tikilməkdə olan doqquzmərtəbəli binanın uçması nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb. Daha 14 nəfər itkin düşmüş hesab olunur.

Bizim.Media xəbər verir ki, bu barədə "GMA News" telekanalı məlumat yayıb.

Fövqəladə xidmətlər uçmuş binanın qalıqlarını sökərək axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Şəhər administrasiyasının mətbuat xidmətinin rəhbəri Cey Pelayo daha əvvəl bildirmişdi ki, bina mayın 24-nə keçən gecə uçub və onlarla tikinti işçisi dağıntılar altında qalıb.

Təxminən 10 nəfər hadisə yerini özü tərk edə bilib. Hadisənin ilk saatlarında daha 26 nəfər xilas edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin