Əhalinin NƏZƏRİNƏ! Kart ödənişlərində komissiyalara limit qoyuldu

Hazırda oxunan: Əhalinin NƏZƏRİNƏ! Kart ödənişlərində komissiyalara limit qoyuldu

616445

Bu gündən etibarən ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi ilə bağlı qərar qüvvəyə minib.

Bizim.Media xəbər verir ki, qərara əsasən, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimidir:

"Drug Stores and Pharmacies" və "Grocery Stores and Supermarket" kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.25 faizi;

"Petrol" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75 faizi;

"General" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.5 faizi.

Nəzərdə tutulmayan digər MCC kodlar üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilmir.

Qeyd edək ki, interçeync (interchange) nağdsız ödənişlər zamanı kartı buraxan bank (emitent) və ödənişi qəbul edən bank (ekvayer) arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır. Bu vəsait adətən satıcının banka ödədiyi xidmət haqqından (ekvayrinq) banklar tərəfindən bölünür və loyallıq proqramları (keşbek) üçün istifadə olunur.

Xatırladaq ki, sözügedən qərarı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov 18 mart 2026-cı il tarixində imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin