Rusiya ordusu Zaporojyedə dəmir yolunu vurdu: Ölənlər və yaralananlar var - FOTO

Hazırda oxunan: Rusiya ordusu Zaporojyedə dəmir yolunu vurdu: Ölənlər və yaralananlar var - FOTO

616418

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətində yerləşən dəmir yolu infrastrukturuna endirdiyi zərbə nəticəsində ciddi dağıntı və insan tələfatı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, "Ukrzaliznıtsya" (Ukrayna Dəmir Yolları) tərəfindən verilən rəsmi məlumata görə, atəş nəticəsində bir elektrovoz və bir teplovoz ağır zədələnib.

Hadisə zamanı növbədə olan bir maşinist həyatını itirib.

Hücum zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan daha iki dəmir yolu əməkdaşı isə təcili olaraq xəstəxanaya yerləşdirilib (hospitalizasiya olunub). Hadisə baş verən ərazidə qatarların hərəkətində gecikmələr yaranıb, infrastrukturun bərpası istiqamətində işlər aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin