Pezeşkianın istefası ilə bağlı RƏSMİ TƏKZİBLƏR

Hazırda oxunan: Pezeşkianın istefası ilə bağlı RƏSMİ TƏKZİBLƏR

616439

İranın siyasi rəhbərliyində dərin bir qarşıdurmanın yaşandığına dair iddialar gündəmi sarsıdıb.

"Iran International" kanalının etibarlı mənbələrə istinadən yaydığı məlumata görə, İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Müctəba Xameneinin ofisinə rəsmi məktub göndərərək dərhal vəzifəsindən azad olunmasını xahiş edib.

Bizim.Media xəbər verir ki, Pezeşkianın göndərdiyi iddia edilən məktubun kifayət qədər tənqidi və kəskin tonda yazıldığı bildirilir.

Prezident xəbərdarlıq edib ki, ölkənin idarəetmə strukturu rəsmi xətlərdən çıxıb və hakimiyyətin əsas qolları tamamilə İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) xüsusi bir qanadının nəzarəti altına keçib.
 

Məktubda vurğulanır ki, prezident və hökumət faktiki olaraq ölkənin makro və həyati əhəmiyyətli qərarlarının qəbulu prosesindən kənarlaşdırılıb. Yaranan bu boşluq isə SEPAH-dakı radikal cərəyanların işləri ələ keçirməsinə şərait yaradıb. Pezeşkian belə bir şəraitdə hökuməti idarə etmək və öz qanuni vəzifələrini yerinə yetirmək imkanından məhrum olduğunu əsas gətirərək istefa vermək qərarına gəldiyini qeyd edib.


Ali rəhbər Müctəba Xameneyinin bu istefanı qəbul edib-etməyəcəyi hələlik məlum olmasa da, bu hadisə İslam Respublikasının ən yüksək güc strukturlarında görünməmiş bir qarşıdurmanın olduğunu nümayiş etdirir.

İstefa xəbərlərinin sürətlə yayılmasından sonra İran rəsmiləri bir-birinin ardınca bəyanatlar verərək bu iddiaları qətiyyətlə təkzib ediblər.

İran Prezident Administrasiyasının İnformasiya İdarəsinin rəhbər müavini Seyid Mehdi Təbatəbai "X" (keçmiş Twitter) hesabında etdiyi paylaşımda xəbərin tamamilə yalan olduğunu vurğulayıb:

"Prezident xalqa xidmət etməkdən geri çəkilməyəcək".

Hökumətin sözçüsü Fatimə Mühacirani də məsələyə münasibət bildirərək, Pezeşkian hökumətinin çətin günlərdə hər zaman xalqın yanında olduğunu xatırladıb:

"Pezeşkian hökuməti çətin günlərdə xalqın yanında olduğunu göstərdi; bu gün də eyni baxışla ölkənin problemlərinin həlli və insanların rifahının yaxşılaşdırılması üçün çalışır. İran həmrəylik və milli birliklə irəliyə doğru gedəcək".

Hazırda regionda və beynəlxalq arenada İrandakı bu daxili siyasi gərginlik və rəsmi təkziblərin pərdəarxası maraqla izlənilir.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin