İran üç dəniz platformasında qaz hasilatını bərpa etdi

Hazırda oxunan: İran üç dəniz platformasında qaz hasilatını bərpa etdi

616452

İran mart ayında baş verən hücumdan sonra Fars körfəzindəki "Cənub Pars" yatağının üç dəniz platformasında qaz hasilatını yenidən bərpa edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Pars Oil and Gas Company" şirkətinin rəhbəri Turac Dehqani İRNA agentliyinə verdiyi müsahibəsində məlumat verib.

T.Dehqaninin sözlərinə görə, sözügedən platformalar endirilən zərbələr nəticəsində hər hansı ciddi xəsarət almayıb.
 

O qeyd edib ki, zərər çəkmiş infrastruktur obyektlərində təmir-bərpa işləri davam etdirildiyi müddətdə, bu üç platformadan hasil olunan qaz regionun digər emal müəssisələrinə yönəldilir.


Xatırladaq ki, dünyanın ən böyük qaz yatağı hesab olunan "Cənub Pars" cari ilin mart ayının ortalarında İsrail tərəfindən hücuma məruz qalmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin