Birinci siniflər üzrə SON STATİSTİKA

Hazırda oxunan: Birinci siniflər üzrə SON STATİSTİKA

616455

Cari tədris ilində ümumtəhsil məktəblərinin birinci siniflərində 131 min 407 şagird təhsil alır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yayıb.

Qeyd edək ki, mayın 6-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb.

Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır. Valideynlər eyni tarixdən başlayaraq məktəb və müəllim seçimini həyata keçirə biləcəklər. Seçim mərhələsi iyunun 5-i saat 11:00-dək davam edəcək. Prioritet bölgələr sırasında Abşeron, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri yer alır.
 

Müsabiqə yolu ilə qəbul aparılan məktəblər üçün qeydiyyatı iyunun 5-si saat 18:00-dək açıq olacaq. Bu kateqoriyaya Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi daxildir.


Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin