Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın CBS telekanalına müsahibəsində rəsmi Vaşinqtonun Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə (HHM) sistemləri üçün sursat tədarükünün artırılması barədə xahişinə hələlik reaksiya vermədiyini bildirib.
Bizim.Media xəbər verir ki, Ukrayna lideri Ukrayna ordusunun HHM kompleksləri və raketlər baxımından artan ciddi qıtlıq fonunda ABŞ Prezidenti Donald Trampa və Konqresə rəsmi müraciət ünvanladığını xatırladıb:
"Mən Ağ Evə və ABŞ Konqresinə məktub göndərmişəm. Ümid edirəm ki, onlar vəziyyəti başa düşəcək və cavab verəcəklər", — deyə Zelenski vurğulayıb.
Ekspertlər qeyd edirlər ki, Rusiya ordusunun Ukraynanın hərbi və energetika infrastrukturuna uzaqmənzilli zərbələrini intensivləşdirməsi fonunda Kiyevin hava məkanını qorumaq üçün təcili sursat və raket dəstəyinə ehtiyacı var.
Ukrayna rəhbərliyi hazırda ABŞ-ın yeni administrasiyasından və qanunverici orqanından operativ addımlar gözləyir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:43 / 31.05.2026
Zelenskidən ETİRAF: "Ağ Ev və Konqres sursatlarla bağlı məktubuma cavab verməyib"
Hazırda oxunan: Zelenskidən ETİRAF: "Ağ Ev və Konqres sursatlarla bağlı məktubuma cavab verməyib"
Hazırda oxunan: Zelenskidən ETİRAF: "Ağ Ev və Konqres sursatlarla bağlı məktubuma cavab verməyib"
616419
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































