Qusarda məişət zorakılığına qarşı mühüm təlim keçirildi - FOTO

Hazırda oxunan: Qusarda məişət zorakılığına qarşı mühüm təlim keçirildi - FOTO

615774

Mayın 26-da Qusar rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qusar və qonşu rayonların icra hakimiyyətlərinin məişət zorakılığının qarşısının alınması üzrə monitorinq və əlaqələndirmə qruplarının üzvləri üçün təlim təşkil olunub.

Bizim.Media xəbər verir ki, tədbirin açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək Komitənin bu istiqamətdə həyata keçirdiyi işlər və qarşıda duran əsas vəzifələr barədə məlumat verib.
 

“Dövlət Komitəsi olaraq əsas məqsədimiz təkcə hüquqi mexanizmlərin tətbiqi deyil, eyni zamanda cəmiyyətdə məişət zorakılığına qarşı mənfi münasibətin formalaşdırılması, maarifləndirmə və profilaktik tədbirlərin genişləndirilməsidir.


Rayonlarda fəaliyyət göstərən monitorinq və əlaqələndirmə qrupları məhz bu məqsədə xidmət edir.

Sizin yerlərdə gördüyünüz operativ iş, vətəndaşlarla apardığınız maarifləndirmə söhbətləri və qurumlararası əlaqələndirmə zorakılıq hallarının erkən mərhələdə aşkarlanmasına və qarşısının alınmasına imkan yaradır”, – deyə Sədaqət Qəhrəmanova bildirib.

Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev qonaqları salamlayaraq rayonda bu sahədə mövcud vəziyyət barədə məlumat verib və statistik göstəriciləri diqqətə çatdırıb, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən profilaktik tədbirlərdən, monitorinq qrupunun fəaliyyətindən və həyata keçirilən maarifləndirmə işlərindən danışıb.

Təlim çərçivəsində iştirakçılara monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət mexanizmi, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa və Ailə Məcəlləsinə edilmiş son dəyişikliklər ətraflı izah edilib.

Daha sonra yerli icra hakimiyyətlərindən daxil olan məlumatlar əsasında rayonlarda mövcud statistika təhlil olunub.
 

Xızı, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının monitorinq və əlaqələndirmə qruplarının gördüyü işlər, həyata keçirilən maarifləndirmə və profilaktik tədbirlər müzakirə edilib. İştirakçılar qarşılaşdıqları çətinliklər və həll yolları barədə fikir mübadiləsi aparıblar.


Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub.


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin