Buraxılış imtahanında maksimal bal toplayan OLMADI

Hazırda oxunan: Buraxılış imtahanında maksimal bal toplayan OLMADI

615610

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il mayın 17-də keçirilən buraxılış imtahan iştirakçıları arasında 1 nəfər 290.1 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bizim.Media xəbər verir ki, bu barədə DİM-in məlumatında deyilir.

Bildirilib ki, imtahanda ən yüksək nəticəni 290,1 bal toplayan Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin cari il məzunu Əlizadə Gülay Elsəvər qızı göstərib.

Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

Qeyd edilib ki, mayın 17-də keçirilən buraxılış imtahanlarında 5724 nəfər iştirak edib. Tələb olunan qaydaları pozduğu üçün 2 nəfər imtahandan xaric edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin