Şəhid olduğu gün qoluna taxdığı saat bu gün də işləyir – Rəvan Əliyevin HƏYAT HEKAYƏSİ – VİDEO

Hazırda oxunan: Şəhid olduğu gün qoluna taxdığı saat bu gün də işləyir – Rəvan Əliyevin HƏYAT HEKAYƏSİ – VİDEO

615594

Bu gün qəhrəman şəhidimiz Rəvan Əliyevin doğum günüdür.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əsgəri olan Rəvan Yusif oğlu Əliyev 27 may 2001-ci ildə Sumqayıt şəhərində anadan olub.

2019-cu ilin iyulunda müddətli həqiqi hərbi xidmətə yollanıb və Sərhəd Qoşunları tərkibində xidmət etməyə başlayıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 2020-ci il 23 oktyabr tarixində bu istiqamətdə qəhrəmancasına şəhid olub.

2001-ci ildə Sumqayıt şəhərində doğulan Rəvan Əliyevin uşaqlığı Qubada keçib. O, Quba şəhərindəki 3 saylı tam orta məktəbdə təhsil alıb. Şeirə, musiqiyə və xüsusilə tar alətinə böyük maraq göstərib. Futbola olan sevgisi ilə də seçilib, ən böyük arzularından biri isə Barselonaya gedərək Lionel Messinin oyununu canlı izləmək olub.

Qəhrəmanımızın şəhid olduğu gün qolunda olan saat bu gün də işləyir və ailə tərəfindən evdə yaradılan xatirə otağında ən qiymətli əşya kimi qorunur.

Rəvan Əliyev yaşasaydı 25 yaşı tamam olacaqdı...

Ətraflı Bizim.Media-nın videosüjetində:


Aytəkin Alxaslı, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin