Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər TƏYİN EDİLDİ

Hazırda oxunan: Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər TƏYİN EDİLDİ

615497

Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb və qərar səsvermədən sonra qəbul edilib.

Layihəyə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı, Hüseynov Telman Qulaməli oğlu, Nuriyev Elnur Aləm oğlu, Şəki İnzibati Məhkəməsinin hakimi İsmayılzadə Fərid Sabir oğlu, Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinə hakimlər təyin ediliblər.
 

Eyni zamanda, Şəki İnzibati Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu və Ağsu Rayon Məhkəməsinin hakimi Əsgərov Anar Əlifağa oğlunun vəzifələri dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin olunublar.


Həmçinin, layihədə Şəki İnzibati Məhkəməsinin hakimi Hacızadə Fəxri Hümmət oğlu və Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun vəzifələrinin dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi də layihədə öz əksini tapıb.

Bundan başqa Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsinin dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək və Nural Turab oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin