Əli Məsimli: "Çoxuşaqlı ailə modelinin 3 uşağa endirilməsi qadınların 5 il tez pensiyaya çıxmasına şərait yaradar"

Hazırda oxunan: Əli Məsimli: "Çoxuşaqlı ailə modelinin 3 uşağa endirilməsi qadınların 5 il tez pensiyaya çıxmasına şərait yaradar"

615488


"Çoxuşaqlı ailə modelinin 5 uşaqdan 3 uşağa endirilməsi qadınların 5 il tez pensiyaya çıxmasına şərait yarada bilər".

Bizim.Media xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin bugünkü plenar iclasında, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Millət vəkili bu dəyişikliyin həm də sosial müavinətlərin əlçatanlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Bu addımın atılması qadınların sosial müdafiəsini gücləndirməklə yanaşı, həm də daha çox uşağın dövlət tərəfindən müavinət almasını mümkün edər".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin