Gömrükdən əməliyyat: Türkiyədən gələn yükdə inanılmaz fırıldaq - FOTO

Hazırda oxunan: Gömrükdən əməliyyat: Türkiyədən gələn yükdə inanılmaz fırıldaq - FOTO

615365

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən keçirilmiş kompleks gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində xüsusilə külli miqdarda tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilərək satılmasının qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxta sənədlərdən aldatma yolu ilə istifadə edilərək Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsində qaçaqmalçılıq faktı aşkarlanıb.
 

Belə ki, yük maşınındakı "gübrə" yükünün arxasında, yoxlamadan gizlətmək məqsədilə xüsusi üsulla yerləşdirilmiş 1 milyon 500 min manat dəyərində, 1 000 karton qutuda ümumilikdə 10 milyon ədəd "Boston" markalı, aksiz markası olmayan siqaret müəyyən edilib. Cinayətin törədilməsində şübhəli bilinən şəxslər saxlanılıblar.


Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə cinayət işi başlanıb, cinayətlərin törədilməsində iştirakı müəyyən edilmiş şəxslərdən 3 nəfəri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayətlərin törədilməsində iştirakı olan bütün şəxslərin tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin