Daşkəsən rayonunda leysan yağışları hazırda, gecə saatlarında da davam edir.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə rayonun dağlıq kəndlərində, o cümlədən Xoşbulaq kəndində şimşək çaxır, güclü yağışlar yağır.
Yağışlar arabir dolu ilə əvəz olunur. Kəndlərarası yollardan keçmək problemi yaranıb. Rayon ərazisində çayların sululuğu çox artıb.
Xoşbulaq ərazisində yerləşən göl tam dolub və artıq öz məcrasından çıxmaq üzrədir.
Hazırda güclü yağış davam edir.
Məqsəd Rəhimov Bizim.Media Qərb Bürosu




































































































