14 iyun 2026-cı il tarixində keçiriləcək magistraturaya qəbul imtahanının ikinci cəhdində təkrar iştirak etmək üçün bakalavrların ərizə qəbulu başlayıb. Proses 23 may saat 23:59-dək internet vasitəsilə aparılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçiriləcək.
Qeydiyyat linki: //eservices.dim.gov.az/erizemag/erize
İmtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar iştirak edə bilərlər.
Qeyd 1: 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı Bakı, Abşeron və Sumqayıtda imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.
Qeyd 2: Qəbul imtahanında 2 və ya 3 dəfə iştirak etmiş bakalavrlar ixtisaslaşma seçimi zamanı müsabiqə şərtlərini ödəyən ən yüksək nəticələrini seçə bilərlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:21 / 21.05.2026
14 iyunda magistraturaya qəbul imtahanına qatılmaq istəyənlərin NƏZƏRİNƏ - DİM açıqladı
Hazırda oxunan: 14 iyunda magistraturaya qəbul imtahanına qatılmaq istəyənlərin NƏZƏRİNƏ - DİM açıqladı
Hazırda oxunan: 14 iyunda magistraturaya qəbul imtahanına qatılmaq istəyənlərin NƏZƏRİNƏ - DİM açıqladı
614526
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































