Bakının dənizkənarı bulvarının uzunluğu son illərdə 3 kilometrdən 17 kilometrə çatdırılıb.
Bizim.Media xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.
O bildirib ki, gələcəkdə bulvarın 25 kilometrə qədər uzadılması planlaşdırılır:
"Bakı hazırda dünyanın ən təhlükəsiz və dinamik inkişaf edən şəhərlərindən biridir. Prezident İlham Əliyevin siyasəti nəticəsində paytaxt çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Şəhərdə müasir turizm infrastrukturu formalaşıb. Əgər 2003-cü ildə Bakıda cəmi 22 hotel fəaliyyət göstərirdisə, hazırda onların sayı 12 dəfə artıb".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:20 / 19.05.2026
Dənizkənarı bulvarın uzunluğu 25 kilometrə çatdırılacaq
Hazırda oxunan: Dənizkənarı bulvarın uzunluğu 25 kilometrə çatdırılacaq
Hazırda oxunan: Dənizkənarı bulvarın uzunluğu 25 kilometrə çatdırılacaq
614138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































