“Mənzillər dayanıqlı, güclü, sosial baxımdan uyğun, yəni ucuz və hər kəsə əlçatan olmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Malayziyanın Mənzil və Yerli Özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nga Kor Minq Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ikinci günündə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaxşı şəhər insanlara xoşbəxt yaşayış, güvən, təhlükəsizlik bəxş etməlidir:
"Biz ancaq buna urbanizasiya deyə bilərik. Bu forumda müəyyən qərarlar alıb və onları icra etməliyik. 2036-cı ildə bütün razılaşdırdıqlarımızı icra etmiş olmalıyıq. Prezident olaraq missiyam bütün üzvləri ortaq məxrəcə gətirməkdən ibarətdir".
Nga Kor Minq Azərbaycan hökumətini 40 mindən çox iştirakçının qatıldığı WUF13-ün uğurla təşkil etdiyinə görə təbrik edib.
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media




































































































