Goranboy rayonunda qəzalı binaların söküntüsünə başlanılıb.
Bizim.Media “iqtisadiyyat.az”a istinadən xəbər verir ki, söküntü işləri şəhərin Cəfər Cabbarlı küçəsində yerləşən qəzalı vəziyyətdə olan 5 mərtəbəli, 60 mənzilli və 2 mərtəbəli 16 mənzilli yaşayış binalarında aparılır.
Qeyd edək ki, qəzalı vəziyyətə düşmüş 5 mərtəbəli, 60 mənzilli bina 1988-ci ildə inşa edilib və 1992-ci ildə istifadəyə verilib, binada 46 mənzil sahibi (168 ailə üzvləri ilə birgə) daimi, 11 icarəçi (37 ailə üzvləri ilə birgə) müvəqqəti olaraq yaşayırdılar, 3 mənzildə isə yaşayış olmayıb.
Bina sakinləri kirayə evlərə yerləşdirilib, onların kirayə xərclərinin ödənilməsi dövlət tərəfindən təmin edilib.
Hazırda yeni binaların tikintisi ilə bağlı layihələndirmə işləri aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:10 / 15.05.2026
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
Hazırda oxunan: 1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
Hazırda oxunan: 1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
613381
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































