Nikah bağlamaq üçün bəyin İtaliyada villa almasını istədi – VİDEO

Hazırda oxunan: Nikah bağlamaq üçün bəyin İtaliyada villa almasını istədi – VİDEO

612650

Türkiyədə toy hazırlığı zamanı kəsilən imam nikahında gəlinin istədiyi “mehr” mərasim iştirakçılarını təəccübləndirib.

Bizim.Media xəbər verir ki, imam nikahı zamanı din xadimi gəlinə mehr istəyini soruşub.

Gəlin isə “İtaliyada villa” istədiyini bildirib. Bu cavab mərasim iştirakçılarının gülüşünə səbəb olub.
 

İmam isə “Qurani-Kərimdə deyilir ki, ailələr öz maddi vəziyyətlərinə uyğun mehr istəsinlər” sözləri ilə tərəflərə müraciət edib. Buna baxmayaraq, bəyin gəlinin istəyini qəbul etdiyini bildirilib.


Qeyd edək ki, İslam hüququnda və ənənəvi evlilik qaydalarında mehr kişinin evlilik zamanı qadına verdiyi və ya verməyi öhdəsinə götürdüyü maddi təminat hesab olunur. Mehr pul, qızıl, daşınmaz əmlak və ya müxtəlif hədiyyələr formasında müəyyən edilə bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin