Türkiyədə hüquq mühafizə orqanları ölkənin 35 vilayətində qanunsuz mərc oyunlarına qarşı genişmiqyaslı əməliyyat keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.
Əməliyyat internet üzərindən qanunsuz mərc oyunları saytları və tətbiqlərinə hədəflənib. Süni intellekt dəstəkli proqramlardan istifadə edilməklə qanunsuz mərc və qumar fəaliyyəti ilə məşğul olduğu müəyyən edilən 5 min sayta giriş məhdudlaşdırılıb.
Həmçinin həmin sayt və tətbiqlərin yaradılması və fəaliyyəti ilə əlaqədar 35 vilayətdə aparılan əməliyyatlar zamanı 108 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Reyd keçirilən ünvanlarda aparılan axtarışlarda cinayətdə istifadə edilən çoxsaylı rəqəmsal materiallar götürülüb.
Bizim.Media

- A-
- A
- A+
Region
12:08 / 12.05.2026
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı ƏMƏLİYYAT – 108 nəfər tutuldu
Hazırda oxunan: Türkiyədə qanunsuz mərc oyunlarına qarşı ƏMƏLİYYAT – 108 nəfər tutuldu
Hazırda oxunan: Türkiyədə qanunsuz mərc oyunlarına qarşı ƏMƏLİYYAT – 108 nəfər tutuldu
612637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































