“Sabah” çempionluqda önəmli pay sahibi olan sol cinah müdafiəçisi Timoteuş Puxaçı birdəfəlik transfer etmək istəyir.
Bizim.Media Almaniya mətbuatına istinadən xəbər verir ki, Misli Premyer Liqasında cari mövsümün qalibi bunun üçün 27 yaşlı oyunçunun müqavilə ilə məxsus olduğu “Holştayn Kil”lə danışıq aparır.
Polşa millisinin üzvünün “Sabah”la icarə müddəti 30 iyunda başa çatacaq. Növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq təmsilçimiz Puxaçın transferi üçün qarşı tərəfə 1 milyon avro ödəməlidir.
Ötən il transfer qiyməti 2 milyon avro olan futbolçu indi 1 milyonla qiymətləndirilir.
Buna rəğmən, “Sabah” rəhbərliyi məbləğdə bir qədər də endirimə çalışır. Futbolçunun özü ilə hərtərəfli anlaşma əldə olunub. “Holştayn Kil”lə də ortaq məxrəcə gəlinməsi və yayda transferin reallaşması gözlənilir.
Qeyd edək ki, Timoteuş Puxaç cari mövsüm Misli Premyer Liqasında 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:19 / 12.05.2026
“Sabah”ın legionerinə 1 milyon qiymət QOYULDU
Hazırda oxunan: “Sabah”ın legionerinə 1 milyon qiymət QOYULDU
Hazırda oxunan: “Sabah”ın legionerinə 1 milyon qiymət QOYULDU
612604
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































