Qubanın üç kəndinin adının dəyişdirilməsinə Siyavuş Novruzovdan REAKSİYA

Hazırda oxunan: Qubanın üç kəndinin adının dəyişdirilməsinə Siyavuş Novruzovdan REAKSİYA

612662

“Qubanın Timiryazev kəndinin adı 1965-ci ildə verilib. Kəndin adı kənd ərazisində fəaliyyət göstərən sovxozun rus bioloqu K.A. Timirzayevin şərəfinə adlandırılıb. Hazırda əhalisi 2567 nəfər olan bu kənddə rus etnik mənsubiyyətli ailə yaşamır. Qeyd olunan hər üç kəndin sakinləri və aidiyyatı bələdiyyələr yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi təşəbbüsünü dəstəkləyiblər”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.
 

 MÖVZU İLƏ BAĞLI: 

Azərbaycanda bəzi kəndlərin adı dəyişdirilir –SİYAHI


“Hazırda əhalisi 3437 nəfər olan Vladimirovka kəndində cəmi 7 ailə rus etnik mənsubiyyətlidir. Alekseyevka kəndinin isə əhalisi 3719 nəfərdir və hamısı azərbaycanlıdır. Rus etnik mənşəli şəxs yoxdur”- deyə sədr bildirib.

Qeyd edək ki, Qubanın 3 kəndinin adı dəyişdirilir. Vladimirovka kəndi Elbir, Alekseyevka kəndi Çinarlı, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq .

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin