Rusiya Ermənistan dəmir yollarına 30 milyard rubl investisiya qoyub

Hazırda oxunan: Rusiya Ermənistan dəmir yollarına 30 milyard rubl investisiya qoyub

612602

Rusiya "Cənubi Qafqaz Dəmir Yolu" (CQDY) konsessiyası ilə bağlı Ermənistanı narahat edən bütün məqamlara aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin TASS-a müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, bu mövzu aprelin 1-də Rusiya və Ermənistan liderlərinin danışıqlarında ətraflı müzakirə olunub:

"Ermənistan tərəfini narahat edən bütün məqamlarla bağlı izahatlar verilib, gələcək fəaliyyətin modallıqları, o cümlədən regional kommunikasiyaların açılmasında Rusiya tərəfinin iştirakı kontekstində qarşılıqlı anlaşma əldə olunub".

Kaluqin qeyd edib ki, Moskva baş nazir Nikol Paşinyanın "respublikanın konsessiya ilə bağlı məsələləri Rusiyanın arxasından müzakirə etmək niyyətində olmadığı" barədə bəyanatını qeydə alıb. O, Rusiya şirkətinin idarəçiliyinin Ermənistanın rəqabət üstünlüklərini məhdudlaşdırması fikri ilə razılaşmayaraq, əksinə, bunun yeni imkanlar yaratdığını vurğulayıb.

XİN rəsmisi CQDY-nin fəaliyyətinə dair bəzi rəqəmləri də xatırladıb:

"2008-ci ildən bəri Ermənistan dəmir yollarına təxminən 30 milyard rubl investisiya qoyulub, büdcəyə 15 milyard rubl ödənilib. CQDY 2,5 min iş yeri ilə respublikanın ən böyük işəgötürənlərindən biri olaraq qalır".

Kaluqin əminliyini ifadə edib ki, Rusiya mütəxəssislərinin idarəçiliyi Ermənistanın dəmir yolu şəbəkəsinin gələcəkdə regional nəqliyyat qovşaqlarına inteqrasiyası üçün mühüm zəmindir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin