Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki yanğında "Birmarket"ə məxsus anbara da zərər dəyib.
Bizim.Media xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən aktiv sifarişlərin çatdırılmasında gecikmələr və yeni sifarişlərin qəbulunda çətinliklər yaşana bilər.
Qeyd edək ki, bu gün səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub.
Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.
Hazırda alovun tam söndürülməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:30 / 12.05.2026
Lökbatandakı yanğında "Birmarket"ə məxsus anbara zərər dəyib
Hazırda oxunan: Lökbatandakı yanğında "Birmarket"ə məxsus anbara zərər dəyib
Hazırda oxunan: Lökbatandakı yanğında "Birmarket"ə məxsus anbara zərər dəyib
612667
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































