Sumqayıtda uşaq bağçasında təhlükəli anlar - Mərmiyə bənzər əşya AŞKARLANDI

Hazırda oxunan: Sumqayıtda uşaq bağçasında təhlükəli anlar - Mərmiyə bənzər əşya AŞKARLANDI

612640

Sumqayıt şəhəri 57 nömrəli körpələr evi - uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər 2 ədəd əşya aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə həmin təhsil müəssisəsindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib.

"Hazırda vəziyyət tam nəzarət altındadır. İlkin ehtimallara əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub. (Mənbə: “Azərbaycan müəllimi” qəzeti)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin