“Hansı valideyn cahillikdən, imkansızlıqdan, hansısa psixoloji sarsıntıdan uşağından imtina edirsə, dövlət o uşağa sahib çıxmalıdır. Xarici ölkələrdə belədir, dövlət hətta valideyn nəzarətində olan, amma valideynin yaxşı davranmadığı uşağa belə sahib çıxır. Bu da onu göstərir ki, dövlət uşaq müəssisələrinin sayı və infrastrukturu artırılmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ilə dair məlumatının müzakirəsi zamanı deyib.
O bildirib ki, burada əsas problemlərdən biri Qeyri Hökumət Təşkilatlarının bu prosesdə aktiv rolunu canlandırmaqdır.
Deputat bu sahədə fəaliyyət göstərən bir neçə QHT-nin, o cümlədən “Təmiz Dünya” İctimai Birliyi, Qadın Hüquqları Müdafiə Cəmiyyəti, Uşaqlar Birliyi İctimai Birliyinin adını çəkib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:42 / 12.05.2026
Fazil Mustafa: “Həmin uşaqlara da dövlət sahib çıxmalıdır”
Hazırda oxunan: Fazil Mustafa: “Həmin uşaqlara da dövlət sahib çıxmalıdır”
Hazırda oxunan: Fazil Mustafa: “Həmin uşaqlara da dövlət sahib çıxmalıdır”
612652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































