The Wall Street Journal (WSJ) nəşri Birləşmiş Ərəb Əmirliklərinin aprelin əvvəlində İranın Lavan adasındakı neft emalı zavoduna (NEZ) zərbələr endirdiyini bildirib.
Bizim.Media xəbər verir ki, nəşrin mənbələrinə görə, hücum nəticəsində zavodda güclü yanğın baş verib və bu, müəssisənin istehsal güclərinin müvəqqəti sıradan çıxmasına səbəb olub.
Qəzet qeyd edir ki, rəsmi Tehran buna cavab olaraq BƏƏ və Küveyt ərazilərini raketlər və pilotsuz uçuş aparatları ilə atəşə tutub.
Əmirliklər bu zərbəni ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs elan etdiyi vaxtda həyata keçirib. WSJ-nin mənbələri bildirir ki, Amerika tərəfi müttəfiqinin bu hərəkətinə sakit yanaşıb, çünki həmin vaxt atəşkəs rejimi hələ tam qüvvəyə minməmişdi.
BƏƏ Xarici İşlər Nazirliyi və Pentaqon mümkün zərbələrlə bağlı şərh verməkdən imtina edib.
Bizim.Media









































































































