93 yaşlı kişini küçənin ortasında döyüb pullarını OĞURLADI - Anbaan VİDEO

Hazırda oxunan: 93 yaşlı kişini küçənin ortasında döyüb pullarını OĞURLADI - Anbaan VİDEO

612655

Ankarada yaşlı kişiyə qarşı törədilən zorakılıq hadisəsi böyük narazılıq yaradıb.

Bizim.Media xəbər verir ki, 36 yaşlı Serkan Aytaç 93 yaşlı Zafer Savuna hücum edərək onu döyüb və içərisində 7 min lirə olan pul kisəsini əlindən alıb.

Hadisə ərazidəki təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Yayılan görüntülərdə yaşlı kişinin təxminən 4 dəqiqə ərzində zorakılığa məruz qaldığı görünür. Hadisə sosial şəbəkələrdə də ciddi etirazla qarşılanıb.

Bildirilir ki, saxlanılan Serkan Aytaçın daha əvvəl də 15 cinayət qeydiyyatı olub. Hadisədən sonra polis tərəfindən tutulan şəxs barəsində həbs qərarı verilib.

Baş verən olay Türkiyədə yaşlı insanlara qarşı zorakılıq mövzusunu yenidən gündəmə gətirib. (milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin