Azərbaycan nefti daşıyan ilk tanker Yaponiyaya çatdı

Hazırda oxunan: Azərbaycan nefti daşıyan ilk tanker Yaponiyaya çatdı

612639

Azərbaycan nefti daşıyan tanker Yaponiyaya çatıb.

Bizim.Media xəbər verir ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və Hörmüz boğazının mümkün bloklanması ilə bağlı xəbərlər fonunda Yaponiyanın ENEOS enerji şirkəti Azərbaycandan 283 min barel həcmində neft partiyası alıb.

Məlumata görə, tanker bu gün, mayın 12-də Yaponiyaya çatıb. Xammal Tokionun yaxınlığında yerləşən Neqisi rayonundakı ENEOS neft emalı zavodunda emal olunacaq.

Yaponiya mediasının məlumatına əsasən, Tokio neft tədarükünü şaxələndirmək üçün işləri gücləndirib və Hörmüz boğazından keçən marşrutlardan asılılığı azaltmağa çalışır.

Bu strategiya çərçivəsində Yaponiya ABŞ və digər ölkələrdən də neft idxalını artırır.

Qeyd olunur ki, bu, Yaxın Şərqdə gərginliyin yeni mərhələsindən sonra Azərbaycan neftinin Yaponiyaya ilk tədarüküdür. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin