Xəbər verildiyi kimi Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən əsgər Hüseyn Əsədov ötən gün vəfat edib.
Bizim.Media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 20 gün əvvəl hərbi xidmətə çağırılan əsgər artıq Binə qəbiristanlığında torpağa tapşırılıb.
Hüseyn Əsədovun ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, onun hərbi xidmət zamanı xəstəliyə tutulduğu iddia edilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov sorğumuza cavab olaraq bildirib ki, fakt üzrə cinayət işi başlanıb və hazırda istintaq aparılır. İstintaqın nəticəsindən asılı olaraq prosesual qiymət veriləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:15 / 12.05.2026
Səfərbərlik Xidmətindən ölən əsgərlə bağlı – AÇIQLAMA
Hazırda oxunan: Səfərbərlik Xidmətindən ölən əsgərlə bağlı – AÇIQLAMA
Hazırda oxunan: Səfərbərlik Xidmətindən ölən əsgərlə bağlı – AÇIQLAMA
612618
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.








































































































