Lökbatanda yanğın yerinə 190 nəfər şəxsi heyət və 40-a yaxın texnika cəlb olunub

Hazırda oxunan: Lökbatanda yanğın yerinə 190 nəfər şəxsi heyət və 40-a yaxın texnika cəlb olunub

612622

Qaradağ rayonunun Lökbatan qəsəbəsində anbarda yanğının baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” Qaynar xəttinə məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Xilasetmə Xidmətinin, eləcə də Bakı Regional Mərkəzinin şəxsi heyəti cəlb olunub.

Yanğının anbar ərazisində baş verməsi, hava şəraitinin küləkli olması və mürəkkəbliyi nəzərə alınaraq yanğın yerinə əlavə qüvvələr cəlb olunub. Ümumilikdə, 190 nəfər şəxsi heyət, 40-a yaxın müxtəlif təyinatlı xilasetmə yanğın texnikaları hadisə yerinə cəlb edilib.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev deyib.

O bildirib ki, eyni zamanda, iki ədəd heliokopter yanğının söndürülməsi prosesində iştirak edir:

“Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Yanğın yerinə bitişik olan digər anbar yanğından tam olaraq mühafizə edilib. Hazırda yanğın baş verən anbarın daxilində söndürülmə işləri əməkdaşlar tərəfindən həyata keçirilir. Həmin anbarda müxtəlif təyinatlı mallar var. Hadisənin başvermə səbəbi isə hələlik məlum deyil. Bununla bağlı araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin