Bakıda zəncirvari qəza: Üç avtomobil TOQQUŞDU

Hazırda oxunan: Bakıda zəncirvari qəza: Üç avtomobil TOQQUŞDU

612605

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün saat 07:30-da Yasamal rayonu ərazisində - Moskva prospektində qeydə alınıb.

Bildirilib ki, qəza zamanı üç avtomobil toqquşub.

Belə ki, BYD markalı, 77 CB 411 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Əlizadə Taleh Adil oğlu idarəetməni itirib.

Nəticədə həmin nəqliyyat vasitəsi "Hyundai" markalı, 77 SC 061 dövlət nömrə nişanlı və KIA markalı, 77 NJ 563 dövlət nömrə nişanlı avtomobillərə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmayıb, maşınlara maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin