Rusiya Prezidenti Vladimir Putin müəllimi Vera Qureviçlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri Kremlin rəsmi saytı yayıb.
Vera Qureviç Putinin dəvəti ilə mayın 9-da Qələbə Paradında iştirak edib. Daha sonra onun üçün Moskvada mədəni proqram təşkil olunub və dünən prezident müəllimini Kremlinə şam yeməyinə dəvət edib.
Kadrlarda Putinin “Aurus” markalı yolsuzluq avtomobilini özü idarə edərək hotelin girişinə yaxınlaşdığı görünür. Adətən rəsmi kostyumda görünən prezident bu dəfə cins şalvar, dama-dama köynək və tünd-göy rəngli gödəkçə ilə diqqət çəkib.
O, hotelin foyesinə müəllimi üçün nəzərdə tutulmuş çəhrayı tonlarda böyük gül dəstəsi ilə daxil olub.
Vera Dmitriyevna ailə üzvləri ilə birlikdə Putini foyedə qarşılayıb.
“Gedək?” – deyə prezident müraciət edib. Müəllimi isə onu qucaqlayaraq “Bu sənsən?” sözlərini işlədib. Putin gülümsəyərək “Bəli, mənəm” cavabını verib və onu qucaqlayıb.
Həmin kadları təqdim edirik:
Bizim.Media






































































































