Ata və oğulu küçədə qətlə yetirən şəxsin İFADƏSİ – “Daim alçaldılır, təhdid edilirdim” – FOTO

Hazırda oxunan: Ata və oğulu küçədə qətlə yetirən şəxsin İFADƏSİ – “Daim alçaldılır, təhdid edilirdim” – FOTO

612601

Türkiyənin Kocaeli vilayətində ata və oğulu öldürməkdə təqsirləndirilən 76 yaşlı İzzət Kalyon ilk dəfə hadisə ilə bağlı danışıb.

Bizim.Media “Haberler” nəşrinə istinadla xəbər verir ki, xərçəng xəstəsi olduğu üçün həbsdən buraxılan Kalyon aylarla pulunu ala bilmədiyini və təhdid olunduğunu iddia edib.

Hadisə 2025-ci il iyulun 3-də Kayacık məhəlləsinin 220-ci küçəsində baş verib. İddiaya görə, İzzət Kalyon təxminən 10 ay əvvəl 1 milyon 600 min lirəyə satdığı avtomobilin pulunu ala bilmədiyi Aykut Canımoğlu və atası Mehmet Canımoğlu ilə qarşılaşıb. Tərəflər arasında yaranan mübahisə qısa zamanda böyüyüb.
 

Kalyon bildirib ki, məhkəmə prosesinə niyə qatılmadıqlarını və borcun nə vaxt ödənəcəyini soruşduqdan sonra mübahisə başlayıb, o isə təhqir və təhdidə məruz qalıb. Yaşanan qarşıdurma zamanı silahla atəş açan Kalyon ata və oğulu öldürüb.


Təqsirləndirilən şəxs Aykut Canımoğlu ilə uzun illər eyni yanacaqdoldurma məntəqəsində çalışdıqlarını və aralarında etibar münasibəti olduğunu deyib.

Onun sözlərinə görə, avtomobilin satışı zamanı bank köçürməsi barədə qəbz göstərilib və pulu oğlunun hesabına köçürüldüyünü düşünüb.

“Dörd il eyni süfrədə yemək yemişik. Mənə həqiqi qəbz göstərdi. Mən də inanıb notariusda imza atdım. Sonra oğluma zəng etdim, pul hesaba keçməmişdi”, – deyə Kalyon bildirib.

O əlavə edib ki, satışdan sonra dəfələrlə ödəniş vədi verilsə də, pul göndərilməyib. Canımoğlu ailəsinin evinə dəfələrlə getdiyini deyən Kalyon, “Bir həftəyə, 15 günə verəcəm deyərək bizi 10 ay aldatdılar. Sonradan başqa zərərçəkənlərin də olduğunu eşitdim və aldadıldığımı anladım”, – deyə bildirib.

Kalyon hadisənin yalnız pul məsələsi olmadığını vurğulayaraq, “Pul üstündə adam öldürülməz. Mən 50 il işləyib qazanmışam. Daim alçaldılır, təhdid edilirdim”, – deyib.

Hadisə günü xəstəxanaya getmək üçün evdən çıxdığını bildirən Kalyon Canımoğlu ailəsi ilə təsadüfən qarşılaşdığını deyib.

Onun sözlərinə görə, Aykut Canımoğlu ona “Pulunu məhkəmədən alarsan” dedikdən sonra arxasınca nalayiq ifadələr işlədib və əlini belinə ataraq üzərinə gəlib.

“Onun silahı olduğunu bilirdim. Qorxub atəş açdım”, – deyə Kalyon bildirib.

Qəsdən adamöldürmə maddəsi ilə iki dəfə ömürlük həbs cəzası tələbi ilə mühakimə olunan İzzət Kalyonun səhhəti ilə bağlı Məhkəmə-Tibb Ekspertizasından rəy istənilib.
 

Məhkəməyə təqdim olunan hesabatda prostat xərçəngi müalicəsi alan Kalyonun həbsxana şəraitində qalmasının uyğun olmadığı qeyd edilib. Bundan sonra məhkəmə heyəti Kalyonun azadlığa buraxılması barədə qərar qəbul edib.


Baş verənlərdən peşman olduğunu deyən Kalyon, “Can almaq yaxşı bir şey deyil. Amma həm malımı, həm də canımı alacaqlarını düşündüm. Öldürülmək qorxusu ilə bu hadisəni törətdim”, – deyə bildirib.

İzzət Kalyonun oğlu Şenol Kalyon da atasının aylarla psixoloji gərginlik yaşadığını bildirib.

“Gecələr yata bilmirdi. Daim içinə qapanmışdı. Pulumuzu almaq üçün hər kəsin qapısını döydük. Bizi davamlı olaraq gözlədirdilər”, – deyə o bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin